Nigar ilk dəfə AÇIQLADI: "Toy sahiblərindən beh alanda şərt kəsirdim ki..."
“Mənim villalarım yoxdur. Mən həmişə puldan imtina etmişəm, əvəzində sənətimdə qazanmışam”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni, Əməkdar artist Nigar Şabanova “Tarixin bir günü” verilişində deyib.
O, vaxtilə toylara dəvət alanda ev sahibləri ilə şərt kəsdiyini bildirib:
“Mənim villalarım yoxdur. Mən həmişə puldan imtina etmişəm, amma əvəzində sənətimdə qazanmışam. 2011-ci ildə keçirilən Muğam Müsabiqəsində qalib olandan sonra durmadan toylara dəvət alırdım. Amma toy sahiblərindən beh alanda şərt kəsirdim ki, əgər həmin gün dövlət tədbirim olsa, gəlməyəcəm, ad çəkəcəm, bəyəndiyiniz müğənnini yerimə göndərəcəm. Gözəl ifaçı Kamilə Nəbiyevanı yerimə göndərirdim. Çox olurdu belə hallar. Yəni, mən pulun yox, sənətin arxasınca qaçmışam. Toylardan imtina edib, bütün dövlət tədbirlərində çıxış edirdim. Hansı ki, müğənnilərin çoxu o tədbirlərə toyları olmayanda gedirdi. Ona görə də 28 yaşımda Əməkdar artist fəxri adına layiq görüldüm”.
Nehru












