Bakıda polis samovar oğrularını saxladı

media-hightechnic-468x90

Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə mayın 7-nə keçən gecə Lökbatan qəsəbəsindəki həyətlərin birindən 500 manat dəyərində samovarın oğurlanması barədə müraciət daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri Orxan Tağıyev və Elxan Qasımov saxlanılıblar.

Ətraflarında aparılan tədbirlərlə onların mayın 8-nə keçən gecə qəsəbədəki digər bir evin zirzəmisindən 955 manat dəyərində təmir-tikinti alətləri oğurlamaları da müəyyən olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600