Tikilən zaman səs-küyə səbə olmuşdu - İndi Sökülür - FOTO

media-hightechnic-468x90

Bakının Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində tikilən və hazırda sökülən keçidi sifariş edən qurum məlum olub.
Keçid Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sifariş edilib.

media-banner_tkm

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakının Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerüstü piyada keçidinin söküntüsünə dair yayılan görüntülərə münasibət bildirilib.

Yenicag.az xəbər verir ki, Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən yerüstü piyada keçidinin inşası məqsədəuyğun hesab edilməyib:

“Keçidin sökülərək ərazinin əvvəlki vəziyyətinə qaytarılması üçün müvafiq tədbirlərin görülməsi barədə komitə tərəfindən bir neçə dəfə aidiyyəti dövlət qurumlarına məktublar ünvanlanıb və tikinti-quraşdırma işləri dayandırılıb. Hazırda keçid sökülür. Görülən işlər tikintiyə icazə alınmadan, şəhərin müvafiq ərazisinin memarlıq, estetik görünüşünə xələl gətirməklə, təhlükəsizliyə, eləcə də qanunvericiliyin digər tələblərinə riayət etmədən həyata keçirilib”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05