!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda qəribə hadisə: Oğurladığı malı həmin dükana satdı - ANBAAN VİDEO

!Reklam – Yazi

Bakıda qeyri-adi oğurluq hadisəsi olub.

Hadisə paytaxt ərazisindəki oyuncaq mağazalarından birində qeydə alınıb.

Belə ki, naməlum şəxs mağazaya daxil olur və qapını açan kimi vitrindəki məhsulun birini götürür. Daha sonra kassaya yaxınlaşaraq, əlindəki qutunu keçən həftə aldığını və geri qaytarmaq istədiyini bildirir. Hətta kassirlə danışarkən, “alınmırsa canınız sağ olsun” deyə, səmimilik görüntüsü də yaradır.

Həmin məhsulun qiymətinin isə 25 manat olduğu bildirilir.

Onun bu hərəkətləri mağazanın təhlükəsizlik kamerasına həkk olunub. Videonu səsləndirən mağaza sahibi isə dələduzun bu hərəkətini  kinayə ilə “Oskar” mükafatına layiq olduğunu dilə gətirib./Lent.az/

Görüntüləri təqdim edirik:

www.yenicag.az

390
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv