Bakıda Qlobal Cənub QHT Platformasının İLK BAŞ ASSAMBLEYASI KEÇİRİLİR

media-hightechnic-468x90

Gülüstan Sarayında “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) ilk Baş Assambleyası keçirilir.

Yenicag.az xəbər verir ki, tədbirdə dünya əhalisinin 80%-nin yaşadığı Latın Amerikası, Afrika, Asiya, Sakit okean hövzəsini əhatə edən regionlardan ümumilikdə, 110-dan çox ölkədən QHT təmsilçiləri iştirak edir.

Baş Assambleya müxtəlif panellərlə gün ərzində davam edəcək.

GSNP-nin ilk Baş Assambleyasında təşkilata 5 il rəhbərlik edəcək Baş katib və onun Latın Amerikası, Afrika, Asiya və Sakit okean hövzəsi regionlarını əhatə edən bölgələr üzrə 4 müavini seçiləcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05