Reklam

Tanınmış şəxs "20 yanvar"da avtomobil qəzasının qurbanı oldu - FOTO

Reklam

Bakıda ağır yol qəzası baş verib.

Yeniçağ.Az “Ölkə.Az”a istinadən xəbər verir ki, Yasamal rayonu ərazisində – “20 Yanvar” dairəsində “Cherry” markalı avtomobil yolu keçməyə çalışan piyadanı vurub.

Qeyd edək ki, avtomobilin vurduğu şəxs “Akademi Group” şirkətinin rəhbəri Razi Vəliyev olub. Belə ki, yolu keçərkən sürətlə hərəkət edən minik avtomobili onu vuraraq kənara atıb. O, hadisə yerindəcə keçinib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xatırladaq ki, Razi Vəliyev təhsil sahəsində tanınmış şəxslərdən biri olub. O, Azərbaycanda təhsil sərgilərinin təşkilatçısı kimi tanınıb.

Mərhum 34 yaşında dünyasını dəyişib. Ailəli idi, 2 övladı var.

Allah rəhmət eləsin!

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 245
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."