Bakıda soyğunçuluq və narkokuryerlik edən şəxslər saxlanıldılar

media-hightechnic-468x90

Bakının Binəqədi rayonunda soyğunçuluq və narkokuryerlikdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, naməlum şəxsin gündüz saatlarında zərərçəkənə məxsus mağazadan 600 manat pulu talaması barədə məlumat daxil olub.

Keçirilən tədbir nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər də eyni talama cinayətlərinə görə məhkum edilmiş 37 yaşlı Faniz Səfərov saxlanılıb.

Bölmə əməkdaşlarının keçirdikləri digər tədbir zamanı isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 29 yaşlı Bəhruz Əliyev də saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış zamanı 1 kiloqramdan artıq marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb. B.Əliyev ifadəsində taksi sürücüsü görüntüsü yaradaraq narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşı vasitəsilə rayon ərazisində yerləşən yanacaqdoldurma məntəqələrinin birindən götürdüyünü və çoxsaylı bükümlərə ayıraraq satmağı planlaşdırdığını bildirib.

Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa