Bakıda talama cinayətləri törədənlər tutuldu

media-hightechnic-468x90

Paytaxtın Nərimanov rayonunda iki nəfər polisə müraciət edərək içərisində 1600 manat və qızıl-zinət əşyaları olan çantalarının talanması barədə məlumat veriblər. 

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Ş.Hüseynov və L.Əliyeva müəyyən olunaraq saxlanılıblar.

Analoji hadisə Nizami rayonunda da olub. Rayon ərazisindəki ticarət mərkəzlərinin birində çalışan satıcının içərisində pul, qızıl-zinət əşyası, bank kartı və sənədlər olan çantanı talamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 59 yaşlı Z.Bayramova da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Araşdırmalar davam etdirilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05