Bakıda intihar hadisəsi baş verib.
Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Biləcəri qəsəbəsində yerləşən hərbi şəhərcikdə qeydə alınıb. Orada yaşayan, 1995-ci il təvəllüdlü Xəlilli Çiçək Zakir qızı şəhərciyin həyətindəki yarımtikilidə özünü asıb. İntiharın səbəbləri hələlik məlum deyil.
Polisdən həmçinin bildirilib ki, Ç. Xəlilli universitet tələbəsi olub.
Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
(APA)
www.yenicag.az