Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda tibb mərkəzində YANĞIN

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xətai rayonunda yerləşən “Bərpa” Tibb Mərkəzində yanğın olması barədə məlumat daxil olub.

Bu barədə Yenicag.az-a FHN-in Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri qeyd olunan ünvana cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın nəticəsində tibb müəssisəsinə aid ümumi sahəsi 449 m² olan binanın yanar konstruksiyaları 14 m² sahədə yanıb. Yanğın zamanı 2 nəfər (xəstə) qatı tüstü olan ərazidən təxliyə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

www.yenicag.az

157
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100