!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda tikintinin qadağan edildiyi obyektdə qızğın iş gedir - VİDEO

!Reklam – Yazi

Xətai rayonunda ötən ay Fövqəladə Hallar Nazirliyi tərəfindən tikintisi növbəti dəfə dayandırılan obyektdə yenidən işlərə başlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya ərazidə yaşayan Şirvani küçəsi 1-in sakinləri məlumat veriblər. Tikintisi qadağan edilmiş obyektdə yenidən işlərin həyata keçirildiyini bildirən və görüntüləri təqdim edən sakinlər həyətdə olan tikilinin rəsmi sənədlərlə qanunsuz olmasının bildirilməsinə baxmayaraq, günün müxtəlif saatlarında, xüsusilə gecə vaxtı ərazidə tikinti işlərinin görüldüyünü qeyd ediblər.

Şikayətçilər əraziyə xeyli tikinti materiallarının gətirildiyini də bildiriblər.

Qeyd edək ki, bu ərazidə 5 ildən artıqdır obyekt tikintisinin həyata keçirilməsi ilə bağlı cəhdlər edilib, qanunsuz tikinti bir neçə dəfə aidiyyəti dövlət qurumları tərəfindən dayandırılıb. Sakinlər bildirib ki, onsuz da darısqal olan həyətda 824 kvm-də 2 mərtəbəli obyekt tikilir. 2018-ci ildən etibarən dəfələrlə dövlət orqanlarına şikayətlər edilib və 2018-2020-ci illərdə tikinti dayandırılıb. Lakin qanunsuz yarımçıq tikili sökülməyib və 1 mart 2023-dən tikinti işləri yenidən başlayıb.Bildirilib ki, bu cür obyektlərin tikilməsinə icazəni Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə əsasən Arxitektura Komitəsi verir: “Lakin tikintiyə dair belə bir icazə yoxdur. Obyektlə bağlı Xətai Rayon İcra Hakimiyyətinin 69 saylı sərəncamı olub ki, o da tikintiyə icazə sənədi sayılmır. Həmin sərəncam da Bakı İnzibati Məhkəməsinin 11 mart 2022 tarixli qərarı ilə etibarsız hesab olunub”.

Xatırladaq ki, qanunvericiliyə əsasən qanunsuz tikintilərin söküntüsü FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Lakin xeyli vaxt keçməsinə baxmayaraq ərazidə nəinki söküntü aparılmayıb, əksində obyekt tikintisi davam etdirilib.

www.yenicag.az

248
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv