Bakıda yanğın – Zəhərlənən var

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 200 m² olan mebel sexinin yanar konstruksiyaları və içərisində olan 6 ədəd dəzgah yanıb.

Fövqəladə Hallar nazirliyindən Yenicag.az-a verilən məlumata görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.