!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda yanmış meyiti tapılan qadın müəllim ÖLDÜRÜLÜBMÜŞ - Təfərrüat/FOTO

!Reklam – Yazi

Bakıda yanğın nəticəsində öldüyü bildirilən qadının əslində qətlə yetirildiyi məlum olub.

Yenicag.az xəbər verir ki, mayın 26-da səhərə yaxın saat 4 radələrində Lökbatan qəsəbəsi Yunis Mirzəyev küçəsi bina 4, mənzil 12 ünvanında yanmış meyiti tapılan Xuraman Həsənovanın ölümünün qəsdən törədilməsi üzə çıxıb. Aparılmış ilkin araşdırmalar nəticəsində X.Həsənovanın meyiti üzərində zorakılıq əlamətləri və xəsarətlər aşkar edilib. Hazırda qətlin kim tərəfindən törədilməsinin müəyyən edilməsi istiqamətində iş aparılır.

İlkin ehtimala görə, qətl tamah məqsədilə törədilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə iş açılıb.

Qeyd edək ki, 1961-ci il təvəllüdlü Xuraman Həsənova Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 139 saylı orta məktəbin ibtidai sinif müəlliməsi olub.

Bildirilib ki, tək yaşayan X.Həsənova hadisədən bir neçə gün əvvəl Türkiyədən qızının toyundan qayıdıb.

Ailə üzvləri evdəki yanğının iz itirmək məqsədilə törədildiyini, mənzildə X.Həsənovaya məxsus pul və qızılların yoxa çıxdığını qeyd ediblər.

www.yenicag.az

17027
Ads
www.veteninfo.com
!Reklam – Arxiv