Bakıda yararsız əl qumbarası tapılıb

media-hightechnic-468x90

841998FHN-in saytında xəbər verilir ki,  “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu ərazisində döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub. Dərhal nazirliyin müvafiq qurumları hadisə yerinə cəlb olunub. İstifadəyə yararsız vəziyyətdə olan bir ədəd “F-1” markalı əl qumbarası mütəxəssislər tərəfindən zərərsizləşdirilib.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və başqa şübhəli əşya aşkar etməyiblər.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa