Bakıda yarımstansiyada yanğın oldu

Bakıda yarımstansiyada yanğın olub.

Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 36 kvadratmetr olan yarımstansiyanın dam örtüyünün taxta atmaları yanıb.

Yarımstansiyanın qalan hissəsi və içərisində olan transformatorlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.