Bakıda yaşayış binasında yanğın baş verdi - VİDEO
Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
“Nazirliyin qüvvələri tərəfindən həyata keçirilən operativ tədbirlər sayəsində onikimərtəbəli yaşayış binasının onbirinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb”, – nazirlikdən bildirilib.