Fransa parlamentində deputatlar üçün narkotik testləri təklifi gündəmə gəlib

media-hightechnic-468x90

Fransa Milli Assambleyasında deputatlar üçün narkotik vasitələrin aşkarlanmasına yönəlmiş testlərin tətbiqi məsələsi müzakirəyə çıxarılıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, deputatlar Fransua Jolive və Jan-Fransua Russe Milli Assambleyanın sədri Yael Braun-Piveyə müraciət edərək parlament üzvləri üçün narkotik testlərinin keçirilməsini təklif ediblər.

 

“Horizons” partiyasından olan Fransua Jolive məktubunda deputatlar da daxil olmaqla Milli Assambleyanın bütün əməkdaşlarının qəfil və məcburi narkotik testlərdən keçirilməsini təklif edib.

“Ensemble pour la République” qrupunun deputatı Jan-Fransua Russe isə parlament rəhbərliyi ilə görüş tələb edərək, deputatlara könüllü əsasda narkotik testlərində iştirak imkanı yaradılmasını irəli sürüb. O bildirib ki, məqsəd şəxsləri hədəfə almaq deyil, parlament üzvlərinin şəffaflıq və bərabərlik prinsiplərinə sadiqliyini nümayiş etdirməkdir.

Russe əlavə edib ki, siyasətçilər cəmiyyət qarşısında nümunə olmalı və ictimai etimadın qorunması üçün daha açıq davranmalıdırlar.

Təşəbbüs Fransada Baş nazir Sebastyen Lökornünün nazirlər və yüksək vəzifəli dövlət qulluqçuları üçün qəfil narkotik testlərinin tətbiqinə dair göstərişindən sonra gündəmə gəlib. Həmin göstərişə əsasən, nazirlər və onların əməkdaşları tüpürcək nümunəsi ilə aparılan yoxlamalardan keçməlidirlər.

Məsələ Fransa dövlət idarələrində geniş müzakirələrə səbəb olub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05