Bakının Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
hadisə Hüseyn Cavid prospektində qeydə alınıb. “Opel” markalı avtomobilin sürücüsü maşını saxlayıb və yolu keçmək istəyən yaşlı qadına yol verib. Lakin arxadan yüksək sürətlə gələn “Mercedes”markalı avtomobil “Opel”i vurub. Zərbənin gücündən “Opel” yerindən tərpənib və 73 yaşlı Rəfiqə Eminovanı vurub. Yaşlı qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası gəlib. Rəfiqə Eminovaya hadisə yerində göstərilən ilkin tibbi yardımdan sonra yaşlı qadın xəstəxanaya aparılıb. İlkin ehtimala görə, qəza piyadanın səhvi ucbatından baş verib. Belə ki, Rəfiqə Eminova yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçmək istəyib.
Faktla bağlı araşdırma aparılır.
www.yenicag.az