!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda yeni dələduzluq SXEMİ: Kartla qeydiyyat, ələ keçirilən məlumatlar... - Necə qorunmalı?

!Reklam – Yazi

“Kiber dələduzlar banklar adından müxtəlif kompaniyalar hazırlayır və vətəndaşlara göndərirlər”.

Bu sözləri Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov Yenicag.az-a açıqlamasında qeyd edib.

O, bildirib ki, vətəndaşlar arasında maarifləndirmə işlərinin davamlı olması üstünlük sayılır:

“Əgər hər hansısa bank işə qəbulla bağlı elan verirsə, bunu afişa formasında və ya sosial media resursları vasitəsilə paylaşımlar həyata keçirirlər. Banklar müştəriləriylə sadəcə maliyyə münasibətləri üçün əlaqələr qurur. Əsasən bu istiqamətdə kiber dələduzlar istənilən bankın adından müxtəlif kompaniyalar hazırlayır və bunları insanlara ya zəng, ya da sosial media hesablarına mesaj formasında göndərirlər. Yəni bu gün heç bir bank müştəri və ya fiziki şəxslə birbaşa əlaqə quraraq işlə bağlı məlumat çatdırmır. Ümumiyyətlə, nəinki banklar, heç bir dövlət qurumu və ya iri korporasiyalar bu tipdə yanaşmadan istifadə etmirlər. Artıq sizlərə belə bir zəng və ya mesaj göndərilibsə, deməli burada neqativ hal var. Bu tip əməliyyatların hamısı bankların xəbəri olmadan hakerlərin hazırladığı ssenarilər yoluyla vətəndaşlara göndərilir.

Vətəndaşlar isə öz fərdi məlumatlarının qorunub və işlənməsi barəsində maarifləndirilməlidir. Özlərinə fəsad törədə biləcək məlumatları üçüncü tərəfə ötürməli deyillər. Bu yönümdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bir çox maarifləndirmə işləri həyata keçirirlər”.

Qey edək ki, vətəndaşlara işə qəbulla bağlı göndərilən keçidə daxil olduqda müvafiq məbləğdə ödəniş etmələri, bank və ya digər fərdi məlumatlarını yazmaları tələb olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə paylaşımlara etimad etməməyi, şübhəli mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank və digər fərdi məlumatları daxil etməməyi tövsiyyə edir.

Yusif Səmədzadə

www.yenicag.az

292
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv