Bakıdan İrəvana SÜLH MESAJI: 4 məhbusun qaytarılması regional balansı necə dəyişəcək?

media-hightechnic-468x90

“Erməni məhbusların azad edilməsi Ermənistanda sülh istəyən qüvvələrin sülhə inanmasına xidmət edəcək”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

media-hikmet-1

Deputat 4 erməni məhbusun Azərbaycan və Ermənistan arasında əldə olunmuş qarşılıqlı razılaşma əsasında təhvil verilməsini şərh edib:

“2025-ci il avqust ayının 8-də Azərbaycanın hazırladığı mətn əsasında Ermənistan müvafiq sülh layihəsini qəbul edərək parafladı. Bundan sonra real müstəvidə sülhün əldə olunması üçün bir sıra cəsarətli addımlar atıldı. Bu, ilk növbədə, Azərbaycan ərazisindən Ermənistan yüklərinin daşınması ilə başladı, daha sonra Azərbaycanın öz neft məhsullarını Ermənistana satması ilə davam etdi.

Hazırda isə bu proses humanitar müstəviyə keçir. Biz Azərbaycanda məhkum edilən 4 erməninin Ermənistana verilməsinə şahidlik edirik. Bu, hər şeydən öncə, Azərbaycan qanunları çərçivəsində, hüquqi kontekstdə baş tutan hadisədir. İkincisi isə Azərbaycan dövlətinin humanizm və sülh mövqeyindən çıxış etməsi ilə bağlıdır. Nəticə etibarilə, bu cür addımlar bütövlükdə regionda sülhün əldə olunmasına yönəlib”.

H. Babaoğlu bu addımın iki ölkəni sülhə daha da yaxınlaşdıracağını diqqətə çatdırıb:

“Elə bir mərhələyə qədəm qoymuşuq ki, sülhə gedən yolda artıq ‘sonuncu akkordlar’ vurulacaq. Zəngəzur dəhlizinin işə düşməsi ilə sülh üçün daha əlverişli və uzunmüddətli perspektivlər yaranacaqdır. Bunun üçün isə həm də Ermənistanda sülh istəyən qüvvələrin, sülhsevər siyasi şüurun dəstəklənməsinə ehtiyac var. Əgər onların mövqeyi siyasi proseslərdə həlledici olarsa, qalıcı və etibarlı sülhə nail olmaq daha asanlaşar.

Hesab edirəm ki, Azərbaycanın bu humanitar addımları həm Cənubi Qafqazda sülh tərəfdarlarının inamını möhkəmləndirəcək, həm də Azərbaycanın maraqlarına uyğun sülhün bərqərar olmasına xidmət edəcək”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa