Bakıdan Kremlə “soyuq duş” – Putin niyə Əliyevlə görüşdən YAYINDI?

media-hightechnic-468x90

“Hazırda tərəflər bir-birindən çox uzaqdadır. Putin bir neçə dəfə Azərbaycana qarşı laqeyd münasibətini göstərib, eyni zamanda Rusiyada yaşayan azərbaycanlılara qarşı zorakılıq halları da mövcuddur”.

Bunu Yenicag.az-a açıqlamasında britaniyalı politoloq Neil Uotson deyib.

media-neil-1674885124

Siyasi təhlilçi Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammiti çərçivəsində gözlənilən, lakin baş tutmayan Əliyev-Putin görüşü ilə bağlı fikirlərini səsləndirib.

O, diqqətə çatdırıb ki, hazırda Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının vasitəçisi ABŞ-dir:

“Ənənəvi olaraq bu rol Rusiyaya məxsus olsa da, indi Vaşinqton proseslərə nəzarət edir. Bundan əlavə, yeni dünya nizamı Rusiya-Ukrayna münaqişəsinin nəticəsi ilə formalaşacaq və bu münaqişə hələ həllini tapmayıb. Rusiyanın baxış bucağından isə Azərbaycan lideri ilə indiki perspektivdə görüş hələ çox erkəndir. Rəsmi Bakının Ukraynam müharibəsindəki mövqeyi səbəbindən hazırda Kremldə hesab edirlər ki, Azərbaycanla vəziyyətin yumşaldılması mümkün deyil. Lakin yaxın gələcəkdə bu məsələ öz həllini tapacaq”.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa