Bakıdan Paşinyana İNCƏ DÜZƏLİŞ – Zəngəzur dəhlizi dilemmasının SƏBƏBİ NƏ İDİ?

media-hightechnic-468x90

“Paşinyan prosesləri düzgün təhlil edə bilmir. Bu, uzaqgörən siyasətin olmamasının nəticəsidir. Həmçinin o düşünür ki, Zəngəzur dəhlizi ifadəsinə düzəliş edərək daxili auditoriyanı və müxalifəti sakitləşdirir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Asif Nərimanlı deyib.

media-994fdb034e-asif-nerimanli-azerbaycan-danisiqlar-prosesinde-fransanin-istirakina-imkan-vermir

O, Çində “ŞƏT PLYUS” çərçivəsində keçirilən görüşdə Zəngəzur dəhlizinin müzakirələr səbəb olmasının pərdəarxası məqamlarından danışıb.

Politoloq bildirib ki, hər zaman olduğu kimi bir daha Prezident İlham Əliyev beynəlxalq ictimaiyyətin qarşısında Zəngəzur dəhlizinin əhəmiyyətindən danışaraq onun qlobal nəqliyyat şəbəkəsi üçün vacibliyini vurğulayıb:

“Lakin uzaqgörməyən Ermənistan baş naziri Nikol Paşinyan bu ifadədən elə də xoşlanmayıb. Belə ki, o, Zəngəzur dəhlizi ifadəsinin Vaşinqtondakı razılıqla üst-üstə düşmədiyini düşünür. Doğrudur, Vaşinqtonda “Tramp yolu” və ya “TRIPP” adlandırıldı həmin dəhliz. Ancaq Azərbaycan artıq beynəlxalq leksikona həmin yolu Zəngəzur dəhlizi kimi salıb. Eyni zamanda həmin görüşdə Zəngəzur dəhlizi ifadəsinin səsləndirilməsinin də səbəbləri var”.

“Əsas olaraq mesaj verildi ki, Vaşinqtonda razılığa gəlinsə də, həmin yol Azərbaycanın təşəbbüsüdür və həmin dəhlizdə Çin, həmçinin ŞƏT üzvləri ilə əməkdaşlığa hazırıq. Paşinyan prosesləri düzgün təhlil edə bilmir. Bu, uzaqgörən siyasətin olmamasının nəticəsidir. Həmçinin o düşünür ki, Zəngəzur dəhlizi ifadəsinə düzəliş edərək daxili auditoriyanı və müxalifəti sakitləşdirir. Lakin anlamır ki, bunun qarşılığında o Çinin marağını itirə bilər”, – deyə o, fikirlərini tamamlayıb.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa