Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakını “tutmaq” istəyən erməniyə polkovnikdən cavab: “Sizi darmadağın edərik...”

Reklam: High Technic

Erməni komandirin “Bakını tutmaq” təklifi xəstə təxəyyülün növbəti təzahürü kimi qarşılanıb.

Yenicag.Az xəbər verir ki, 1-ci Qarabağ Müharibəsində erməni separatçılarının ilk səhra komandiri olmuş polkovnik Arkadi Karapetyan Ermənistan mətbuatına müsahibəsində “Bakını zəbt etmək”dən dəm vurub:

“Bakını tuturuq və bununla da məsələ həll olunur. Bakını tutmaq üçünsə milləti qaydaya salmaq lazımdır. Kim nə deyir-desin, belə də olacaq – hətta dünyanın ağaları bunu istəməsələr də. Elə bilirlər ki, hər şeyi onlar həll edirlər. Ancaq bu məsələni xalq həll edəcək”.

Ermənistan prezident Serj Sərkisyan başda olmaqla, müxtəlif səviyyələrdə İrəvandan Azərbaycana ünvanlanan təhdid bəyanatları zaman-zaman təkrarlanır. Göründüyü kimi indi sıra Arkadi Karapetyana gəlib və o da nəinki Azərbaycana, hətta bütün dünyaya “meydan oxuyan” fikirlər səsləndirib. Ancaq keçmiş səhra komandirinə Azərbaycanlı hərbçilərin cavabı da özünü gözlətməyib.

Bu barədə Yenicag.Az-a danışan polkovnik Şair Ramaldanov bildirib ki, ağlı başında olan normal şəxs – istər hərbçi, istərsə də mülki – belə sərsəm fikri dilinə gətirməz:

“Karapetyan o sözləri deyəndə ya sərxoşluqdan özündə olmayıb, ya da onun şüuru pozulub. Yoxsa, normal adam bu cür axmaq sözlər danışmaz. Karapetyanın sözlərinə hərbi, siyasi və iqtisadi aspektdən baxıldıqda aydın görünür ki, Azərbaycan bu məsələlərdə Ermənistanı dəfələrlə üstələyir. Bizim tək hərbi büdcəmiz düşmən ölkənin ümumi büdcəsindən çoxdur. İnsan ehtiyatlarına görə Azərbaycanın üstünlüyü 3-4 dəfəyə çatır. İqtisadi imkanlar isə heç müqayisəyə də gəlmir. Normal adamlar bunu nəzərə alıb danışırlar. Karapetyan isə onların sırasında deyil. Ancaq bilməlidir ki, Azərbaycan qısa müddətdə Ermənistanı darmadağın edər.

Ermənistan da, dünya da Azərbaycan ordusunun nəyə qadir olduğunu ötənilki aprel döyüşlərində aydın gördü. Münaqişənin həlli üçün dinc vasitələr aradan qalxdıqda, Ermənistan Azərbaycan ordusunun gücünü daha geniş miqyasda görəcək. Prezident İlham Əliyevin iki fikrini təkrarlamaq istəyirəm:

1. Azərbaycan Ordusu ərazi bütövlüyümüzün bərpası üçün hərəkətə keçdikdə, heç kəs bizi dayandıra bilməyəcək.

2. Ermənistan əsgərləri Qarabağda ölmək istəmirlərsə, rədd olub getsinlər.

Ona görə də Karapetyan kimi xəstə düşüncəli məxluqlara da, onların sözlərinə də əhəmiyyət vermək lazım deyil. Yenə deyirəm, Azərbaycan ordusu tez-gec ölkənin ərazi bütövlüyünü bərpa edəcək”.

A.Zeynalov
Yenicag.Az

www.yenicag.az

653