!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakının bağlanan yollarının açılacağı vaxt məlum oldu

!Reklam – Yazi

eww80Bu gün Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov ans press-ə açıqlamasında bildirdi ki, İstiqlaliyyət küçəsində asfalt örtüyünün yenilənməsi işlərinə start verilib.

“Bu səbəbdən Niyazi küçəsindən İstiqlaliyyət küçəsinə hərəkət qismən məhdudlaşdırılıb. Amma Şeyx Şamil küçəsindən İstiqlaliyyət küçəsi istiqamətində hərəkət edən sürücülər üçün məhdudiyyətlər qoyulmayıb”,-deyə Vaqif Əsədov bildirdi.

Vaqif Əsədov qeyd etdi ki, sürücülər alternativ yol kimi Rəşid Behbudov küçəsi ilə Füzuli küçəsindən keçməklə həmin istiqamətlərlə hərəkət edə bilərlər.

“Bu alternativ yollar vasitəsi ilə İstiqlaliyyət küçəsi, 5 mərtəbə və həmin ərazilərə yaxın küçə və prospektlərə maneəsiz hərəkət etmək olar”,-deyə bölmə rəisi qeyd etdi.

Həmçinin Bakının Niyazi küçəsi ilə Neftçilər prospektinin kəsişməsində nəqliyyatın hərəkəti tamamilə məhdudaşdırılıb.

İş icraçılarından aldığımız məlumata görə, təmir işləri sabah axşam qədər yekunlaşdırılacaq.

Təmir işləri iyun ayında keçiriləcək “Formula-1” yarışı ilə bağlı aparılır. İşlər əsasən yarış trekinin üzərinə düşən paytaxtın mərkəzi küçələrdə həyata keçirilir.

www.yenicag.az

629
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv