Bakının Baş Planı 2020-ci ilin oktyabrında təsdiqlənəcək

media-hightechnic-468x90

Bakının Baş Planı ilə bağlı ilkin konsepsiya artıq hazırlanıb və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilib.

Yenicag.az-ın məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müşaviri Rüfət Mahmud bildirib.

Onun sözlərinə görə, bu, bütün işlərin ilkin fazasıdır: “Bakının 25 min və 10 min miqyasında xəritələri hazırlanmaqdadır. Burda nəqliyyat, mühəndis-kommunikasiya sistemləri və ətraf mühitin mühafizəsi məsələlərinə baxılır. İlin sonunadək 3-cü fazaya başlanılacaq. 2020-ci ilin oktyabr ayına qədər sonuncu faza, yəni, Baş Planın təsdiqləməsi gözlənilir”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa