Bakının bu rayonunda qaz olmayacaq - XƏBƏRDARLIQ

media-hightechnic-468x90

Bu gün Bakının Qaradağ rayonunun 3 yaşayış massivinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Yenicag.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Qobustan” qazpaylayıcı stansiyasında (QPS) yeni quraşdırılmış kollektorun və tənzimləyicinin birləşmə işləri, “Ələt” QPS-dən qidalanan orta təzyiqli qaz kəmərinin hava kompressoru vasitəsi ilə kipliyə sınaq olunması ilə əlaqədar iyunun 12-də saat 10:00-dan qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri görülən müddətdə Qaradağ rayonunun Qobustan qəsəbəsinin, Kötəl və Şıxlar yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600