!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakının DƏYİŞƏN RİTORİKASI: “İranda Azərbaycan telekanallarını diqqətlə izləyirlər və...” – REAKSİYA

!Reklam – Yazi

“Tək İranın daxilində deyil, həmçinin xaricdə yaşayan iranlıların da bir çoxu bu fəaliyyətə tənqidi yanaşır”.

Bu fikirləri Azərbaycanın İrandan artan təhdidlər fonunda rəsmi şəxslər və telekanallar səviyyəsində sərt ritorikaya keçidinin sözügedən ölkədə doğurduğu reaksiyadan danışan Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü Babək Muğanlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, İran əhalisi rejimin Azərbaycana yönəlik siyasətində haqsız davrandığının fərqindədir:

“Təbii ki, Azərbaycan telekanallarını İranda da izləyirlər və rəsmi Bakının baş verənlərə dair mövqeyindən xəbərdar ola bilirlər. Ümumiyyətlə, İranın sərhədyanı bölgələrində Azərbaycan kanallarını rahat izləmək mümkündür. Digər regionlarda, xüsusilə böyük şəhərlərdə isə peyk rabitəsi vasitəsilə Azərbaycan kanallarına baxırlar.

Bəli, İrandan Azərbaycana yönələn hədyanlar fonunda buradakı telekanalların fars-molla rejiminin məlum iddialarına qarşı hazırladıqları verilişlərdə sərtliyin və qətiyyətin artdığı açıq görünür. Bunu İranda da görürlər və istənilən addıma Azərbaycandan adekvat qarşılıq veriləcəyini başa düşürlər.

İran əhalisi – istər türklər olsun, istərsə də farslar – rejimin Azərbaycana yönəlik siyasətində haqsız davrandığının fərqindədir. O baxımdan, İranın Azərbaycana qarşı hərəkətləri, Ermənistanla yaxınlığı gücləndirməsi, Qafanda konsulluq açması və sair addımları tənqid olunur. Özü də tək İranın daxilində deyil, həmçinin xaricdə yaşayan iranlıların da bir çoxu bu fəaliyyətə tənqidi yanaşır.

İran rejimi isə bu istiqamətdə fəaliyyətini dayandırmır. Rəsmi telekanallarda və mediada yenə də Azərbaycana ərazi iddiaları edirlər, Naxçıvanın ilhaqından dəm vururlar. Ancaq dediyim kimi, xalqın əksəriyyətinin mövqeyi fərqlidir”.

A.Zeynalov

www.yenicag.az

428
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv