!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakının əsas magistral yollarında sürət həddi endirildi

!Reklam – Yazi

Qarlı hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın Heydər Əliyev prospekti – Hava limanı – Bilgəh yolunun Əmircan döngəsindən Bakı Olimpiya Stadionunadək olan hissəsində sürət həddi 40 km/saat, qalan hissələrdə, eləcə də Zığ – Hava limanı yolunda 20 km/saat həddində endirilib.

Yenicag.az bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumatda həmçinin deyilir ki, səhər saatlarından bütün müntəzəm marşrut xətləri üzrə avtobuslar qrafikə uyğun olaraq xətlərə çıxarılıb.

Koroğlu Nəqliyyat Mübadilə Məkrəzində sərnişinlərin və avtobusların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə müvafiq tədbirlər görülüb. Səhər saatlarından mərkəzin giriş və çıxış hissələri, pilləkənlər qardan təmizlənib.

Bir daha hərəkət iştirakçılarından ehtiyyatlı olmalarını, sürücülərdən sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik.

www.yenicag.az

446
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv