Bakının mərkəzində BİABIRÇILIQ: Sakinlər hər addımda TƏHLÜKƏ ilə ÜZ-ÜZƏ – FOTO

media-hightechnic-468x90

Paytaxtın ən işlək nöqtələrindən birində – “28 May” metrosunun yaxınlığında piyadaların həyatı risk altındadır. Nəsimi rayonu, Füzuli küçəsi 47-50 ünvanındakı səkilər xarabalığı xatırladır.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, sözügedən ərazidəki səkilər uzun müddətdir təmirsiz qalıb. Mərkəzi küçədəki daşların yerindən qopması və yaranan dərin çuxurlar piyadaların hərəkətini faktiki olaraq imkansız edib.

media-1771845791_1-1

 Xüsusilə axşam saatlarında, işıqlandırmanın zəif olduğu vaxtlarda bu çuxurlar əsl təhlükə mənbəyinə çevrilir. Səkinin bir çox hissəsində ciddi çökmələr müşahidə olunur ki, bu da hər an bədbəxt hadisəyə yol aça bilər.

media-1771845860_2

Paytaxtın estetik görünüşünə zərbə vuran bu mənzərə ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətinə ünvanlanan sorğular isə nəticəsiz qalıb. Məsul qurumlar sakinləri narahat edən bu biabırçı vəziyyətə hələ də reaksiya vermir, susmağa üstünlük verirlər.

media-1771845843_3

Xatırladaq ki, bu ərazi həm yerli sakinlərin, həm də şəhərimizin qonaqlarının ən çox istifadə etdiyi marşrutlardan biridir. Aidiyyatı qurumların nə vaxt hərəkətə keçəcəyi isə sual altındadır./Bizim.Media/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05