!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakının QURTULUŞ GÜNÜ: "Türk əsgərləri birliyimizin tarixi dastanının təməlini atdılar" - Millət vəkili

!Reklam – Yazi

“Nuri Paşanın başçılığı altındakı qəhrəman türk əsgərləri birlik və bərabərliyin bu günə qədər uzanan tarixi dastanının təməlini atdılar”.

Bu fikirləri Qafqaz İslam Ordusu tərəfindən Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü və keçən yüz il ərzində Azərbaycan-Türkiyə münasibətlərinin yeni inkişaf xətti ilə bağlı danışan millət vəkili Ramil Həsən Yenicag.az-a açıqlamasında səsləndirib.

Ramil Həsən Bakının işğaldan azad edilməsinin Azərbaycan və Türkiyə arasındakı birliyin tarixini simvolizə etdiyini qeyd edib:

“Mən Milli Məclisdə Ucar rayonunu təmsil edirəm. Ucarın tarixi Müsüslü kəndi var. Bu kənd içərisində Azərbaycan və Türkiyə ordusunun korpusları birləşərək düşmənə zərbə vurmaq üçün çox ciddi addımlar atıblar. Bu, Müdafiə Mazirliyinin rəsmi sənədlərində də əksini tapıb. Biz bu gün tarixi anlara şahidlik edirik. 103 il bundan öncə 15 sentyabr tarixində iki qardaşın bir araya gəlməsi ilə Cümhuriyyətin paytaxtı olması ön görülən Bakının işğaldan azad edilməsi mühüm əhəmiyyətə malik tarixi hadisədir.

Əgər bir millətin övladı torpaq uğrunda vuruşub canını fəda edirsə, demək, o torpaq onun üçün vətəndir, oranı vətəni hesab edir. Bu baxımdan, Çanaqqalada Azərbaycan oğullarının, Bakıda, Gəncədə, Şamaxıda və Azərbaycanın bir çox bölgələrində qardaş Türkiyə əsgərlərinin şəhid olması bizim birlik və bərabərliyimizin tarixi simvolunu yenidən xarakterizə edərək üzə çıxarıb”.

Millət vəkili Bakının işğaldan azad edilməsi kimi mühüm tarixi hadisənin Vətən müharibəsində yenidən baş verdiyini bildirib:

“Şuşa bəyannaməsində buna mükəmməl bir vurğu var. Bəyannamə imzalandıqdan sonra cənab prezidentin etdiyi çıxışda belə bir kəlam var idi: “Biz əcdadlarımızın qoymuş olduğu yolu davam etdirdiyimizi bildirməklə bərabər, bu bəyannamə gələcək nəsillərimiz üçün mükəmməl bir yol xəritəsidir”. Yəni keçmişdən gələcəyə gedən qardaşlığımızın, müttəfiqliyimizin, birliyimizin təzahürü olan Nuri Paşa komandanlığında Bakının işğaldan azad edilməsi kimi bir hadisə yenidən təkrar olundu və sözün həqiqi mənasında, İkinci Qarabağ savaşında bu, sübuta yetirildi.

Nuri Paşanın başçılığı altındakı qəhərəman türk əsgərləri birlik və bərabərliyin bu günə qədər uzanan tarixi dastanının təməlini atdılar. Biz bu gün Bakı və Gəncə küçələrində Azərbaycan əsgərlərinin yürüşünü qürurla izləyirik. Bax budur qardaşlığın təccəssümü. Allah Azərbaycan və Türkiyə uğrunda canlarını fəadə etmiş bütün şəhidlərimizə rəhmət etsin”.

Aqil Bəkir

www.yenicag.az

608
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv