!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Baku Electronics”in BLEF STRATEGİYASI: Şirkət saxta kampaniyalarla müştəriləri niyə aldadır? - ŞİKAYƏT

!Reklam – Yazi

Azərbaycanda müştəri məmnunluğunun təmin edilməsinə dair yüksək səviyyədə verilən göstərişlərə baxmayaraq, “Baku Electronics” öz fəaliyyətində əks “strategiya”ya əsaslanır.

Yenicag.az xəbər verir ki, sosial şəbəkələrdə “Baku Electronics” şirkətinin müştəriləri aldatması, sifariş edilmiş məhsulu vaxtında çatdırmaması və saxta kampaniyalar təşkil etməsi barədə şikayətlər xeyli artıb.

İctimailəşən şikayətlərdən aydın görünür ki, “Baku Electronics” müştərilərin pul verib aldıqları məhsulu nəinki vaxtında sifarişçiyə çatdırmır, hətta özünün keçirdiyi kampaniyada alıcıların əldə etdikləri məhsulu da onlara təhvil verməkdən boyn qaçırır.

“Baku Electronics”in müştərilərlə yolverilməz davranışından şikayətçi olan Mircavid Babayev sözügedən şirkətdə üzləşdiyi vəziyyəti belə təsvir edib:

“Uzun müddətdir, müştərisi olduğum “Baku Electronics”-dən şikayətim var. Demək, televizor almaq istəyirəm, kampaniya elan etmişdilər,” məişət texnikası alana, tozsoran hədiyyə”, – başlığı ilə. Fikrimdə bunu tutmuşdum.

4-5 gün öncə “Baku Elcronics”in səhifəsində yarışma keçirdilər, suala cavab verənə hədiyyə düşıcıkdi. Cavab verdim, sabah mənə cavab yazdılar ki, qalibsiz, hədiyyəniz də, televizor alarkən, soundbar hədiyyə ediləcək, məhz 15 nəfər qalibə aiddi bu.

Lap yaxşı, dedim. Promokod verdilər. Yoldaşım və qızımla “Baku Electronics”-ə gedib bir-bir məhsullara baxdıq. “The Serif tv”-ni bəyəndim, dedim, almaq istəyirəm, qiyməti 3 299 AZN idi.

Bildirdim ki, “3000+ AZN qiyməti olan məişət texnikası alana, tozsoran hədiyyə” kampaniyanızdan yararlanmaq istəyirəm. Dedilər, bəli, elə bir kampaniya var. Bildirdim ki, yarışmada da qalib gəlmişəm, promokodum var, soundbar udmuşam.

Yoxladılar, dedilər, doğrudur. Həm tozsoranı (ümumi kampaniya üzrə), həm də məhz siz soundbar udmusuz deyə, hədiyyə alacaqsız. Bura qədər hər şey qaydasında idi. Sifarişi rəsmiləşdirdik, getdim kassaya, tozsoranı yoxladıqdan sonra gəldim ödəniş etməyə.

Səbətdə tozsoran və soundbar, kassada növbə gözləyirəm, 13:06-da növbə mənə çatdı. Təxminən 50 dəqiqə kassada gözlətdilər. Soruşdum, niyə belə uzun çəkir? Öncə dedilər, prmokod alınmır, onu yoxladılar, düz çıxdı. Sonra dedilər, tozsoranın kodu çıxmır. Deyirəm ki, bəs axı 55 dəqiqədir, yoldaşımla qızım maşında bayaqdan ac-susuz gözləyir. 15 dəqiqəlik işdi, niyə 50-55 dəqiqədir gözləyirəm, alınmır?

Dedilər dəqiqləşdiririk. Saat 15:00-da mənə bildirdilər ki, hədiyyəni verə bilmirik. Səbəbini soruşdum. Cavab verdilər ki, hədiyyə onlayn sifarişlər üçündür, soundbarı isə birbaşa buradan almaq mümkündür, onlayn versəniz onu, burdan alsanız, soundbarı veririk.

Bildirdim ki, axı bunu niyə indi deyirsiz? Bayaqdan tam başqa şeylər deyə-deyə, düz 2 saatdır, məni də, ailəmi də ləngidirsiz, həm də ki saytda yazılmayıb axı məhz onlayn sifariş üçün, bu, hardan çıxdı? Orda belə qeyd edirsiz, 2 saat ləngidirsiz, sonra da qərar dəyişib deyirsiz, müştərini niyə aldadırsız? Cavabları “yadımızdan çıxıb, üzrlü sayın”, oldu”.

Bu, “Baku Electronics”-in saxta kampaiyasının qurbanı olmuş müştərilərdən sadəcə, birinin şikayətidir. Özünü “brend marka” sayan şirkətin müştərilərə qarşı bu cür davranışı, onları açıq-aşkar aldtaması təbii ki, şirkətin “strategiya”sının tam çılpaqlığı ilə ortaya çıxarır. Sosial şəbəkələrdə isə “Baku Electronics”-in müştərilərə yönəlik kələklərindən boğaza yığılmış müştərilərin şikayətləri durmadan artır.

Səxavət Məmməd

www.yenicag.az

6361
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv