!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Baku Electronics"in müştəri məmnuniyyətsizliyi: Çıxış yolu məhkəmədir?! - Etiraz / FOTO

!Reklam – Yazi

“Əgər reklama bir ətək dolusu pul xərcləyən bu şirkət ən adi istehlakçı hüququnu pozursa və kimsə buna etiraz etmirsə, arada sadə vətandaşlar əziyyət çəkəcəklər”.

Yenicag.az xəbər verir ki, Mirsübhan Mirzəliyev adlı şəxs “Baku Electronics”dən aldığı telefonu geri qaytarmaq istəsə də, müəyyən problemlə üzləşib. Baxmayaraq ki, ölkəmizdə istehlakçıların aldıqları malları müxtəlif səbəblərdən geri qaytarması üçün 14 gün müddəti var.

Mirsübhan Mirzəliyevə görə, şirkətdə bu qaydanın tətbiqinə icazə olsa da, aldığı məhsulu geri qaytara bilməyib. Problemin yeganə çıxış yolu isə məhkəməyə müraciət etməkdir:

“Yəqin ki, hər birimiz istehlakçı hüquqlarının pozulması halları ilə qarşılaşmışıq. Bu dəfə eyni hal mənim başıma gəldi. Belə ki, “Baku Electronics”dən aldığım telefonu bir həftə sonra dəyişmək və ya geri qaytarmaq istədikdə şirkət bəhanələr gətirərək heç bir halda bunu etməycəyini bildirdi. Halbuki telefon istifadə olunmamışdı, hətta nömrə belə taxılmamışdı. Şirkət nümayəndələrinə öz rəsmi saytlarında “14 gün ərzində məhsulun dəyişdirilməsi və geri qaytarılması” ilə bağlı verdikləri zəmanəti, eləcə də “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 15-ci maddəsini xatırlatsam da, heç bir xeyri olmadı. Hətta şirkətin müştəri xidmətləri bölməsi ilə də əlaqə saxladım və bildirdim ki, mənim müştəri tarixçəmə baxsınlar. Düşündüm ki, bu boyda şirkətin yəqin bir loyallıq proqramı var və sadiq müştərilərinə qarşı daha anlayışla yanaşarlar.
Amma heç bir cəhdimə məhəl qoyulmadı. Təbii ki, ölkənin ən böyük elektronika mağazasının istelakçı hüquqlarını bu şəkildə açıq-aşkar pozması və heç bir şeyə məhəl qoymaması ilə barışa bilməzdim.

Əgər reklama bir ətək dolusu pul xərcləyən bu şirkət ən adi istehlakçı hüququnu pozursa və kimsə buna etiraz etmirsə, deməli bu proses elə belə də davam edəcək və arada sadə vətandaşlar əziyyət çəkəcəklər.

Tənbəllik etmədən “Baku Electronics”i məhkəməyə verdim. Nəhayət iki aylıq Məhkəmə prosesindən qalib ayrıldım və hakim iddiamı təmin etdi.

Ümid edirəm ki, bundan sonra “Baku Electronics” istehlakçı hüquqlarına və müştəri məmnuniyyətinə daha həssas yanaşar və digər vətəndaşlarımız da bir daha belə hallarla qarşılaşmazlar”.

Gülşən Şərif

www.yenicag.az

692
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv