"BakuBus" sürücüsü sərnişinləri avtobusda qoydu: Taksiyə minib getdi - VİDEO

media-hightechnic-468x90

“BakuBus” sürücüsü gecəyarı sərnişinləri yolda qoyub.

Yenicag.az xəbər verir ki, bununla bağlı Oxu.Az-a sərnişinlər məlumat veriblər.

Onların iddiasına görə, 5 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü gecə saat 00:00 olduqda avtobusu dayanacaqda saxlayıb, sərnişinləri düşürüb. Sürücü sərnişinlərə başqa bir avtobusun gələcəyini bildirib və ona minməyi tapşırıb.

Sürücünün bu əməlinə etiraz edən sərnişinlər avtobusu tərk etmək istəmədikdə, sürücü mühərriki söndürüb, avtobusun qapılarını açıq qoyaraq taksiyə əyləşib və gedib.

Sərnişinlərin çəkdiyi görüntüləri təqdim edirik:

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600