Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Balakən, Qax, Şəki və Zaqatalaya 1,96 milyon manat ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev Balakən, Qax, Şəki və Zaqatala rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Balakən, Qax, Şəki və Zaqatala rayonlarının əhalisi 93014 nəfər olan 26 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 28 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,96 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

Sıra

№-si

Rayonun

adı

Quyuların

sayı, ədəd

Yaşayış məntəqələrinin adı Əhalinin sayı, nəfər
Balakən 6 Gərəkli kəndi 3658
Hənifə kəndi 4759
Qaracabinə kəndi 287
Qullar kəndi 5545
Talalar kəndi 3593
Tülü kəndi 6548
Qax 7 Ağyazı kəndi 630
Amanlı kəndi 170
Cəlayir kəndi 1626
Güllük kəndi 2635
Qaratala kəndi 598
Şıxlar kəndi 267
Tasmalı kəndi 1728
Şəki 8 Baş Zəyzid kəndi 5472
Çapağan kəndi 353
İbrahimkənd kəndi (2 quyu) 798
Kiçik Dəhnə kəndi 9331
Küdürlü kəndi 570
Şəki şəhəri (121-ci kvartal) 2000
Vərəzət kəndi 2038
Zaqatala 7 Aşağı Tala kəndi (2 quyu) 7372
Danaçı kəndi 7931
Əliabad qəsəbəsi 11236
Lahıc kəndi 2105
Muğanlı kəndi 3020
Yuxarı Tala kəndi 8744
Cəmi: 28 26 93 014

 

www.yenicag.az

203
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100