!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Balakəndə üç nəfər qidadan zəhərləndi

!Reklam – Yazi

Balakəndə ikisi yeniyetmə olmaqla üç nəfər qidadan zəhərlənib.

Yenicag.az xəbər verir ki, Apa-nın Şimal-qərb bürosunun məlumatına görə, günorta saatlarında rayonun Hənifə kənd sakini, 2005-ci il təvəllüdlü Məhluqə İsmət qızı Moquşova zəhərlənmə əlamətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət edib.

Müayinə zamanı M.Moquşuvanın balıq yedikdən sonra zəhərləndiyi məlum olub.

Həmçinin Xalatala kənd sakinləri, 2008-ci il təvəllüdlü Elnurə Elnur qızı Yekayeva və 2009-cu il təvəllüdlü Bənövşə Elxan qızı Nurtalayeva da zəhərlənmə əlamətləri ilə Balakən RMX-a müraciət ediblər.

Yeniyetmə qızların tort yedikdən sonra zəhərləndikləri məlum olub.

Hər üç şəxsə xəstəxanada lazımi tibbi yardım göstərilib.

Həkim müdaxiləsindən sonra vəziyyətləri stabilləşdiyi üçün evə buraxılıblar.

 

www.yenicag.az

289
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv