Balakənin sabiq icra başçısının həbs müddəti uzadılıb

media-hightechnic-468x90

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Səbail rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb.

Məhkəmə İslam Rzayev barəsində seçilmiş həbs qətimkan tədbirinin daha 3 ay müddətə uzadılması barədə qərar qəbul edib.

Sabiq icra başçısı ötən ilin oktyabr ayında saxlanılıb və məhkəmənin qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.

İslam Vahid oğlu Rzayev oktyabrın 30-da Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qeyd edək ki, ona AR Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrar rüşvət alma) maddələri üzrə ittiham irəli sürülüb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05