Polşa prezidenti Baltik dənizinin artıq NATO-nun “daxili gölü”nə çevrildiyini deyib.
Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, ölkənin Təhlükəsizlik Şurasının iclasında çıxış edən Polşa Prezidenti Ancey Duda bu barədə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü dəyərləndirərkən danışıb.
Duda adları çəkilən Skandinaviya ölkələrinin NATO-ya üzvlüyünü müsbət qiymətləndirərək, bu barədə qərarın tezliklə ratifikasiya olunacağına ümid etdiyini deyib:
“Güclü hərbi ənənələrə və strukturlara malik olan iki ölkə yaxın vaxtlarda NATO-nun üzvü olacaq. Mahiyyət etibarilə, Baltik dənizi artıq NATO-nun daxili gölünə çevrilir.
Bununla NATO ilə Rusiyanın sərhədləri daha 1400 kilometr uzanacaq və bu Rusiya hakimiyyəti üçün “yaxşı” xəbərdir”.
www.yenicag.az