Bank soyan 84 yaşlı kişiyə 21 il həbs cəzası verildi

ABŞ-nin Arizona əyalətində bank soyğunçuluğunda təqsirləndirilən 84 yaşlı kişiyə hökm oxunub.

Yenicag.az xəbər verir ki, ömrünün böyük hissəsini bank soyğunçuluğuna görə həbsxanada keçirən 84 yaşlı Robert Krebs yenidən həbs edilib.

Belə ki, Krebs 2018-ci ildə həbsxanadan çıxdıqdan 7 ay sonra bank soyub. 84 yaşlı soyğunçuya 21 il həbs cəzası verilib.

Krebsin vəkili onun həbsxanadan kənar həyata adaptasiya olmaqda çətinlik çəkdiyini vurğulayıb.