!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bank VTB-də QARŞIDURMA: Təhlükəsizlik İdarəsinin rəisi İdarə Heyətinin sədrini məhkəməyə verib

!Reklam – Yazi

“Təhlükəsizlik idarəsinin rəisi bütün rəhbərləri bir-bir yola salır, onlar isə ona heç nə edə bilmir, çünki birbaşa Moskvadakı baş banka tabedir”.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı iqtisadçı Əkrəm Həsənov özünün “Facebook” səhifəsində yayıb.

Əkrəm Həsənovun sözlərinə görə, Bank VTB-də gedən proseslər bu bankın daxilində ciddi qarşıdurmanın olduğunu göstərir:

“Təhlükəsizlik idarəsinin rəisi Zahid Səmədzadə 19 yanvar tarixində işlədiyi banka və onun İdarə Heyətinin sədri Yevgeniy Kirinə qarşı iddia ilə Nəsimi rayon məhkəməsinə müraciət edib (iş № 2(006)-1956/2021, hakim Natavan Tağıyeva).

Xeyr, əmək mübahisəsi deyil. Elektron məhkəmə sistemindən görünür ki, işin mahiyyəti mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisədir və iddiaçı mənəvi zərərin ödənilməsini tələb edir.

Ölkə tarixində hələ belə iddia olmamışdı. Görəsən, bank və onun rəhbəri Təhlükəsizlik idarəsinin rəisinə necə mənəvi zərər vura bilərdi axı? Vurubsa belə, bankda işləyə-işləyə həmin şəxs necə cürət edib bankı və onun rəhbərini məhkəməyə verib?”

İqtisadçı qeyd edib ki, Bank VTB yarandığı gündən daxili problemləri olub. Bankda 5 rəhbər dəyişib. Dəyişməyən təkcə Təhlükəsizlik idarəsinin rəisidir:

“Təhlükəsizlik idarəsinin rəisi bütün rəhbərləri bir-bir yola salır, onlar isə ona heç nə edə bilmir, çünki birbaşa Moskvadakı baş banka tabedir. Düz 10 il əvvəl Səmədzadəyə satınalmada yol verdiyi pozuntuya görə töhmət də elan olunmuşdu. Buna görə də o zaman bankı məhkəməyə vermişdi. Moskvanın göstərişi ilə töhmət ləğv olundu və o, iddianı geri götürdü. Yəni bankda kifayət qədər güclü şəxsdir və idarəetmənin bütün sahələrinə, o cümlədən, kreditlərin verilməsinə ciddi təsir edə bilir”.

Əkrəm Həsənov bildirib ki, bank VTB ölkəmizdə ən iri problemli kreditlər portfeli olan banklardan biridir:

“Ötən ilin 9 ayının nəticəsinə görə, verdiyi 243 milyon manat məbləğində kreditlərin 161 milyon manatı (yəni 2/3 hissəsi) problemli idi. Özü də bu kreditlərin adekvat təminatı da yoxdur: götürdüyü girovlar bir qayda olaraq, verilən kredit məbləğlərindən bir neçə dəfə azdır. Təbii, belə vəziyyət ilk növbədə bankın təhükəsizlik sisteminə dair əsaslı suallar yaradır”.

Gülşən Şərif

www.yenicag.az

1096
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv