“Barcelona” Xoan Qarsiya ilə RAZILIĞA GƏLDİ – Katalonlar bu qədər ÖDƏYƏCƏKLƏR

media-hightechnic-468x90

“Barcelona” “Espanyol” klubunun gənc qapıçısı Xoan Qarsiyanın transferini reallaşdırmağa yaxındır.

Yenicag.az xəbər verir ki, bu barədə İspaniyanın “Cadena SER” nəşri məlumat yayıb.

Məlumata görə, Kataloniya təmsilçisi 24 yaşlı qapıçı ilə prinsipial razılıq əldə edib. “Barcelona” bu transfer üçün “Espanyol”a 25 milyon avro təzminat ödəməyə hazırdır.

İspan qapıçı ilə təkcə “Barcelona” deyil, İngiltərə Premyer Liqasının bir neçə klubu, o cümlədən “Arsenal”, “Manchester United” və “Aston Villa” da maraqlanır.

Qarsiyanın transferi “Barcelona”nın yeni baş məşqçisi Hansi Flikin təşəbbüsü ilə həyata keçirilir. Alman mütəxəssis komandanın qapı xəttində ciddi dəyişikliklər etməyə çalışır. Belə ki, hazırkı əsas qapıçı Mark-Andre ter Şteqen dizindən bir neçə əməliyyat keçirdiyi üçün əvvəlki səviyyəsindən uzaq düşüb. Komandanın digər təcrübəli qapıçısı, 35 yaşlı Voyçex Şçesnının isə yaxın müddətdə karyerasını bitirəcəyi gözlənilir. Üçüncü qapıçı İnyaki Penya isə Flikin planlarında yer almır.

Katalon klubu Xoan Qarsiyanı uzunmüddətli perspektiv üçün əsas namizəd kimi görür. Onun təcrübə qazanması məqsədilə 2025/26 mövsümündə “Valencia” və ya “Real Betis” kimi klublardan birinə icarəyə verilməsi də gündəmdədir.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600