“Mən ulduzam” deyənlər süni intellektlə milləti aldadır!" — Bəturə Hüseynova

media-hightechnic-468x90

 

media-banner_tkm

“Bu dəqiqə “mən ulduzam” deyən populyar müğənnilərin çoxu bundan istifadə edir”.

Bu sözləri müğənni Bəturə Hüseynova “Xəzər axşamı” verilişində deyib.

O, ulduz həmkarlarına səslənərək onlar barədə qalmaqallı açıqlama verib:

“Mən sizin səsinizin rəngini, səs texnikanızı gözəl bilirəm. Neçə oktava səs diapazonuna qadir olduğunuzu bilirəm. Amma sizin çoxunuz süni intellektin sizə verdiyi mahnını olduğu kimi oxuyursunuz. Amma mən sizin səs imkanlarınızı bildiyim üçün anında tuturam ki, bu, sizin “boğaz” deyil, mümkün deyil. Ola da bilməz. Yəni mən bunun fərqindəyəm.

Bu dəqiqə “mən ulduzam” deyən populyar müğənnilərin çoxu bundan istifadə edir. Sən “kapirovka” (kopyalama) edirsən. Bununla da milləti aldadırsan. Bacarırsan, məni də aldat. Xeyir ola, sən kimi aldadırsan? Bilən bilir ki, sən oxumursan, “kapirovka” edirsən”.

Nehru

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05