Baş nazir Cahid Bağçını fəaliyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib

media-hightechnic-468x90

Baş nazir Əli Əsədov Azərbaycanda fəaliyyət müddətinin bitməsi ilə əlaqədar Türkiyənin fövqəladə və səlahiyyətli səfiri Cahid Bağçı ilə görüşüb.

Bu barədə Yenicag.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Ə.Əsədov iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkür edib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin yüksək səviyyəsi təqdir edilib, iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600