Baş nazir Əli Əsədov gürcüstanlı həmkarına başsağlığı verdi

media-hightechnic-468x90

Avqustun 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə başsağlığı məktubu ünvanlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat Xidmətindən bildirilib.

Baş nazir Ə.Əsədov Gürcüstanın qərbində baş vermiş torpaq sürüşməsi nəticəsində insan tələfatı xəbərindən kədərləndiyini bildirib, faciə ilə əlaqədar İ.Qaribaşviliyə dərin hüznlə başsağlığı verib.

Məktubda, həmçinin yaralananlara şəfa dilənib, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılması arzulanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600