Baş nazir erməniləri məyus etdi

media-hightechnic-468x90

83083 (1)Böyük Britaniya baş naziri Devid Kemeron bu il aprelin 24-də İrəvanda nəzərdə tutulan “erməni soyqırımı”nın 100 illiyi mərasiminə gəlməyəcək.

Yenicag.az xəbər verir ki, bu barədə bu gün İrəvanda jürnalistlərə Böyük Britaniyanın Ermənistandakı səfiri Ketrin Liç bildirib.

Onun sözlərinə görə, Böyük Britaniya baş nazirinə dəvətnamə hələ keçən ildən təqdim edilib. Ketrin Liç eyni gündə Türkiyədə Çanaqqala savaşının 100 illiyi ilə bağlı keçirilən mərasimə Böyük Britaniyadan yüksək səviyyədə dövlət rəsmilərinin iştirak edəcəyini vurğulayıb, çünki Çanaqqalada çox sayda Britaniya əsgəri həlak olub.

Göründüyü kimi, Britanya Çanaqqala savaşında Osmanlının əsas düşməni olmasına baxmayaraq, türklərin qazandığı qələbəni bayram etdiyi tədbirlərinə qatılacaq. Amma İrəvana isə Londondan dövlət səviyyəsində qonaq getməyəcək. Bütün bunlar Böyük Britaniyanın ermənilərin uydurduğu soyqırım yalanına inanmadığını ortaya çıxarır.

Bütün tarixi sənədlər göstərir ki, 19 aprel – 6 may 1915-ci il tarixində Osmanlı imperiyasının Van paşalığında baş vermiş hadisələrin əsas günahkarı ermənilər olub. Həmin vaxt vilayətin əhalisinin 26 faizini ermənilər təşkil edib. Onların Van şəhərində payı nisbətən çox olub və 40 faiz ətrafında dəyişib. Həmin günlərdə Rusiya imperiyası Osmanlıya hücum edib və rus ordusu Bayazit qalasını aldıqdan sonra Vana doğru hərəkət edib. Ermənilər bundan istifadə etmək istəyiblər və 40 minə yaxın silahlı erməni Vana toplaşaraq şəhərdəki türkləri qətlə yetiriblər. Müxtəlif mənbələr 20 minə yaxın türkün öldürüldüyünü bildirir. Şəhər rusların əlinə keçdi, daha sonra Osmanlı yenidən şəhəri qaytardı və avqust ayına qədər şəhər əldən-ələ keçdi. Həmin günlərdə 9 minə yaxın erməni üsyançısı da öldürüldü. Osmanlı imperiyası dinc erməni əhalini döyüş bölgəsindən Aralıq dənizi sahillərinə köçürüb. Yolda erməni köçləri kürd tayfaları tərəfindən qarət edilib, erməni qızları qaçırılıb. Erməni mənbələr köç zamanı 800 minə yaxın adamın öldürüldüyünü və ya qaçırıldığını iddia edirlər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600