Baş nazir müğənnini məhkəməyə verdi

media-hightechnic-468x90

49418Türkiyə baş naziri Əhməd Davudoğlu tanınmış müğənnini məhkəməyə verib.

Yenicag.az xəbər verir ki, bu barədə müğənni Atilla Taş özü məlumat yayıb. Tanınmış ifaçı öz Twitter hesabından yazdığı açıqlamada bildirib ki, Əhməd Davudoğlu haqqında paylaşdığı twitə görə, ona qarşı iddia qaldırılıb.

Baş nazir Əhməd Davudoğlunun vəkilləri Atilla Taşdan şikayətçi olub. İddialar Ankara 2-ci və 5-ci Sülh Cəza Məhkəmələrində açılıb.

Məşhur müğənni Davudoğlunun vəkillərinin açdığı iddiaya reaksiya göstərib:

“Əhməd Davudoğlu tərəfindən Ankara 2-ci və 5-ci Sülh Cəza Məhkəmələrinə verilmişəm. 4 twitim qadağan edilib. Vəkilimlə görüşdüm. Məni susdura bilməzlər!”, – deyə müğənni sosial şəbəkədə yazıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600