Baş nazir sərt bəyanat verdi
İsrailin baş naziri Benayim Netanyahu Qüdsdə sinaqoqa edilən hücumdan sonra olduqca sərt bəyanat verib.
Yenicag.az saytı Türkiyə mediasına istinadən məlumat verir ki, yəhudi baş nazir bu hücumu edənləri “insan cildində heyvan” adlandırıb. Hücumu həyata keçirənlərin evlərini dağıtmağı əmr edib və təhlükəsizliyin gücləndirilməsi üçün bunun vacib olduğunu bildirib.
Həmçinin Benyamin Netanyahu Fələstin lideri Mahmud Abbası da qınayıb. O bildirib ki, Mahmud Abbas fələstinli qatillərə rəvac verir.
Bir məsələni də, qeyd edək ki, İsrail ordusu Rəmallah şəhərinə daxil olub. Bir fələstinlinin də saxlanıldığını bildirilir.
Digər tərəfdən isə ABŞ prezidenti Barak Obama son vaxtlarda baş verən qarşıdurmalarda yəhudi və fələstinlilərin öldüyünü qeyd edib və hər iki tərəfi səbrli olamağa çağırıb.
Xatırladaq ki, dünən Qüdsdə sinaqoqa baş verən hücumda 5 nəfər həyatını itirmişdi.