!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş Prokurorluğa müraciət edildi: AMEA-nın Fizika İnstitutunda nöqsanlar aşkarlandı

!Reklam – Yazi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutuna ayrılmış dövlət vəsaitlərinin icrası üzrə nöqsanlar aşkarlanıb.

Yenicag.az xəbər verir ki, bununla bağlı Hesablama Palatasının rəsmi məlumat bülleteninin 2021-ci il üzrə ikinci nömrəsində bildirilib.

Məlumata əsasən, instituta dövlət büdcəsindən ayrılmış vəsaitlərin icra səviyyəsi yüksək olsa da, il ərzində dövlət vəsaitlərinin maliyyələşmə və icra məbləğləri arasında uyğunsuzluqlar müşahidə edilib.

Xərclərin icrası zamanı 6 734 manat məbləğində vəsait qüvvədə olan vahid büdcə təsnifatının müəyyən etdiyi iqtisadi təsnifat kodu dəyişdirilməklə icra olunub.

Məlumatda bildirilib ki, Fizika İnstitutu ezamiyyə qaydaları və xərc normalarına düzgün əməl etməyib.

Bu səbəbdən xarici və ölkədaxili ezamiyyə ilə bağlı vəsaitlərin icrası zamanı 1 304 manat məbləğində vəsaitin artıq ödənilməsinə yol verilib.

Bəzi vəsaitlər isə satınalma olmadan həyata keçirilib. Bülletendə digər nöqsanlar da göstərilib.

Auditin nəticəsi olaraq, hesabat tərtib edilənədək İnstitut tərəfindən 104 616 manat məbləğində vəsait dövlət büdcəsinə bərpa edilib.

Həmçinin artıq hesablanmıș və kreditor borc kimi uçota alınmış 387,7 manat məbləğində vəsait müxabirləşmə verilərək azaldılıb. Vakant vəzifələr ixtisar edilib.

Auditin nəticələri ilə bağlı məlumat qanunvericiliklə nəzərdə tutulduğu qaydada Azərbaycan Respublikasının Milli Məclisinə göndərilib. Hesabat İnstituta, nəticələrlə bağlı məlumat isə AMEA-ya təqdim edilib.

Aparılmış auditin nəticələri əsasında vəsaitlərin təyinatdan kənar istifadəsi, maliyyə hesabatlarının düzgün tərtib edilməməsi halları barədə Maliyyə Nazirliyinə məlumat təqdim olunub.

Məlumatda magistr pilləsində təhsilin maliyyələşdirilməsi sahəsində vəsaitlərin depozit tapşırıqlar və hesablardan icra edilməsinin, ilin sonuna istifadə edilməmiş vəsaitlərin dövlət büdcəsinə qaytarılmaması ehtimalının mümkünlüyü və AMEA-da ştat saylarının optimallaşdırılması zəruriliyi diqqətə çatdırılıb.

Malların (işlərin və xidmətlərin) satınalma prosesində vəsaitlərin satınalma keçirilmədən icrası halları ilə bağlı inzibati xətanın müəyyən edilməsi məqsədilə Baş Prokurorluğa müraciət edilib.

www.yenicag.az

475
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv