Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Baş Qərargahdan ABŞ generalına sərt cavab: “Son terrorçu məhv edilənə qədər...”

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı aprelin 25-də Sincar və Karaçok dağında həyata keçirilən hava əməliyyatı haqda bəyanat yayıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı açıqlamada qeyd olunan əməliyyatla bağlı irəli sürülən iddialar rədd edilib:

“Türkiyə Silahlı Qüvvələri tərəfindən ölkəmizin və millətimizin birliyinə, bütövlüyünə və təhlükəsizliyinə qəsd edən terror ocaqlarının yox edilməsi məqsədi ilə beynəlxalq hüquq çərçivəsində aprelin 25-də PKK/PYD-nin terror hücumlarının hazırlanmasında istifadə olunan İraqın şimalındakı Sincar dağı ilə Suriyanın şimal-şərqindəki Karaçok dağı bölgələrində hava əməliyyatı keçirilib.

Sözügedən hava əməliyyatından əvvəl müvafiq ölkələrin mülki və hərbi təmsilçiləri ilə beynəlxalq qaydalar əsasında əlaqə yaradılıb və onlar əməliyyatla bağlı məlumatlandırılıb.

Türkiyə Silahlı Qüvvələri əməliyyatın icrası zamanı dinc əhalinin və ərazidəki müxtəlif ölkələrin hərbi kontingentinin zərər çəkməməsi üçün lazım olan tədbirləri yüksək həssaslıqla görüb.

Türkiyə Silahlı Qüvvələri və təhlükəsizlik orqanlarımızın bütün elementləri tərəfindən bölücü terror təşkilatlarına qarşı istər ölkə daxilində, istərsə də ölkə xaricində antiterror əməliyyatları qətiyyətlə həyata keçirilməkdədir.
Bu əməliyyatlar sonuncu terrorçu zərərsizləşdirilənə qədər əzmlə davam etdiriləcək”.

Xatırladaq ki, ABŞ-ın Avropadakı hərbi qüvvələrinin komandanı, ordu generalı Kurtis Skaparrotti keçən həftə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akarla görüşündə 25 aprel əməliyyatı ilə bağlı narahatlığını bildirmişdi.

Yeniçağ.Az

www.yenicag.az

311