Baş redaktora hökm oxundu – 1 il 6 ay islah işləri

media-hightechnic-468x90

AzNews.az_nushirevan_elnurBakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi (BDYP), polkovnik Nuşirəvan Səfərovun “AzPolitika.info” saytının rəhbəri Elnur Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesi sona çatıb.

media-banner_tuq

Bu gün Xətai rayon Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən iclasda son çıxışlar olub və qərar elan olunub. Məhkəmə Elnur Məhərrəmlini CM-nin 147.2 və 148-ci maddələri ilə təqsirli bilərək, onun əməkhaqqının 15 faizi dövlət nəfinə tutulması şərti ilə, 1 il 6 ay islah işləri cəzasına məhkum olunması barədə qərar çıxarıb. 

Xatırladaq ki, DYP rəisi “AzPolitika” saytının 31 avqust tarixli sayında yayınlanmış “Nuşirəvan və “bayquşlarının” sərgüzəştləri – DYP mafiyası məğlubedilməzdir!” adlı yazıda təhqir olunduğunu, ona böhtan atıldığını iddia edərək, Elnur Məhərrəmlinin CM-nin 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb olunması barədə iddia qaldırmışdı. /Strateq.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05