!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Başımı lövhəyə, sonra "tumbuçka"ya vurdu” – Dərs vaxtı müəllim şagirdi döyüb? - VİDEO

!Reklam – Yazi

Şamaxı şəhər 3 saylı tam orta məktəbdə insident yaşanıb. 7-ci sinif şagirdi Rəvan İsayev deyir ki, tarix müəllimi Təranə Əsgərova onu döyüb. Hadisəyə Rəvan və sinif yoldaşının dərs vaxtı sinif otağındakı rəfdə gizlənməsi səbəb olub.

Yenicag.az xəbər verir ki, məsələ ilə bağlı “ATV Xəbər” ətraflı süjet hazırlayıb.

Rəvan İsayev (şagird): “Dərs vaxtı uje müəllim girdi sinfə oturmağa, onda qapını bağladıq, bilmədik nə edək. Ən axırda bizi gördü müəllim. Müəllim görəndən sonra bizi vurdu. Sinif yoldaşım Elşəni də vurdu. Ondan sonra biz getdik idman dərsinə”.

Rəvan İsayevin sözlərinə görə, bununla kifayətlənməyən müəllim onları başqa sinifin şagirdləri qarşısında da təhqir edib.

Rəvan İsayev (şagird): “Sabahsı gün dedi ki, dünənləri məndən niyə qaçırdınız? Gəldi başımı lövhəyə, sonra tumbuçkaya vurdu. Ondan sonra qulağımdan darta-darta apardı yan sinifə. Məni utandırmaq istəyirdi”.

Hadisədən xəbər tutan Rəvanın anası isə məktəbə gələrək müəllimin üzr istəməsini tələb edib. Tərəflər arasında başlayan mübahisə əlbəyaxa dava ilə nəticələnib.

Familə İsayeva (Rəvanın bibisi): “Beş gündən sonra eşidib gəlib ki, gəl uşağımı apar o sinifdə üzr istə. O da dedi ki, mən nə üzr istəyəcəm nə də eliyirəm. Mən beləyəm. Ondan sonra o da əsəbiləşdi və bir birinə pis sözlər deyib dava elədilər. Ana müəlliməyə sillə vurandan sonra, bunlar bir də gördüm ki, yıxıldılar yapışıblar bir birinin saçından”.

Hadisədə adı hallanan Təranə Əsgərova isə iddiaları qəbul etmir.

Təranə Əsgərova (müəllim): “Onsuzda polis orqanları bunu araşdıracaq. O xəstə idi, mən onun xəstəliyini bilirdim və orada onu çıxardanda bütün tərin-suyu içində idi, uşağın orada bağrı partlaya bilərdi. Mən ondan çox qorxdum. İftraya məruz qalmışam, uşaq öyrədilib. Öyrədildiyi kimi danışılır. İki sinifin gözünün qarşısında olmuş hadisələrdir, sinif isə başqa söz deyir və mən özüm eləmədiyim hərəkətlər üstümə şər atılır”.

Şirvan Rayon Təhsil İdarəsindən bildirildi ki, xoşagəlməz hadisə ilə bağlı araşdırma aparılır. Nəticəyə uyğun olaraq məsləyə hüquqi qiymət veriləcək.

www.yenicag.az

1756
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv